Fransada yaşayış binasında partlayış olub – Ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Fransanın Trevu şəhərində yaşayış binasında baş verən partlayış
nəticəsində iki nəfər həlak olub, azı 13 nəfər yaralanıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qurbanlar üç və beş yaşlarında olan uşaqlardır. İlkin versiyaya
görə, partlayış dördmərtəbəli binanın birinci mərtəbəsində qaz
sızmasından baş verib. Binanın çökmüş hissəsinin dağıntıları
altında azı 2 nəfərin qaldığı güman edilir.




Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, partlayışdan
sonra zərərçəkənlərə yardım məqsədilə hadisə yerinə 50
yanğınsöndürən, 36 nəqliyyat vasitəsi və tibbi personal səfərbər
edilib.

Məlumata əsasən, yaxınlıqda yerləşən iki məktəbə də partlayış
dalğasından maddi ziyan dəyib, pəncərələr sınıb, lakin məktəb
rəhbərliyi heç kimin xəsarət almadığını təsdiqləyib.