
Bakı. Trend:
Bu ilin ilk 9 ayı ərzində Beynəlxalq Maliyyə Korporasiyası
tərəfindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,545
milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,975
milyon dollar və ya 3,6 dəfə azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Beynəlxalq Maliyyə
Korporasiyasının Azərbaycana birbaşa xarici investisiyaların həcmi
16,520 milyon dollara bərabər idi.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların
ümumi həcmində Beynəlxalq Maliyyə Korporasiyasından olan
investisiyaların payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.


