Sabah leysan yağacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakıda və Abşeron yarımadasında leysan yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Gündüz yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.