İtkin balıqçılar tapılmayıb –

Baş səhifə

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.