Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb

Baş səhifə
Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 16 ailə (74 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Həsənrizə qayıdan ailələrin sayı 161-ə (1009 nəfər) çatacaq.