Bakı. Trend:
“SpaceX” şirkəti ABŞ Milli Kəşfiyyat İdarəsinin ehtiyacları üçün
peykləri daşıyan “Falcon 9” raketini orbitə buraxıb.
Trend-in məlumatına görə, raket Florida ştatının Kanaveral
burnundan yerli vaxtla saat 14:16-da buraxılıb. Buraxılışdan bir
neçə dəqiqə sonra “Falcon 9″un birinci mərhələsi uğurla yerə enib.
Bu texnologiya “SpaceX”ə buraxılış xərclərini azaltmağa imkan
verir.
“NROL-77” missiyası “SpaceX”in ABŞ Milli Aeronavtika və Kosmik
Tədqiqatlar Administrasiyası (NASA) üçün 2025-ci ildə üçüncü
buraxılışıdır. ABŞ kəşfiyyat peyklərinə nəzarət edən agentlik
yüksək məxfilik əməliyyatlarını həyata keçirir.

