Bakıda evdə partlayış olub – 2 nəfər xəsarət alıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov
qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi
barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Trend-ə FHN Mətbuat xidmətindən məlumat verilib.

Partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün
nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton
konstruksiyaları dağılıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik
tədbirləri görülüb.

13:36




xxx

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış
evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Trend-ə FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.