
İyul ayı bəzi bürclər üçün peşəkar həyatda mühüm dəyişikliklər və yeni imkanlar vəd edir.
Metbuat.az xəbər verir ki, astroloqların fikrincə, bu dövrdə bir neçə bürc nümayəndəsinin karyerasında yüksəliş, yeni iş təklifləri və gəlir artımı ehtimalı daha yüksəkdir.
Şir
Şir bürcü nümayəndələri rəhbərlik tərəfindən diqqət mərkəzinə düşə bilərlər. Uzun müddətdir göstərdikləri zəhmət öz bəhrəsini verəcək, yeni vəzifə və ya maaş artımı ilə bağlı sevindirici xəbərlər alma ehtimalları yüksəkdir.
Qız
Qız bürcü üçün iyul ayı planların reallaşdığı dövr olacaq. Dəqiqlik və məsuliyyət sayəsində iş mühitində etibar qazanacaq, yeni layihələrdə iştirak etmək imkanı əldə edəcəklər. Bu da gələcək karyera inkişafına müsbət təsir göstərəcək.
Əqrəb
Əqrəbləri uğurlu danışıqlar və əməkdaşlıqlar gözləyir. Yeni iş təklifi, vəzifə dəyişikliyi və ya rəhbər vəzifəyə yüksəlmək şansı yarana bilər. Maliyyə baxımından da müsbət dəyişikliklər mümkündür.
Oğlaq
Əməksevərliyi ilə seçilən Oğlaqlar üçün iyul ayı məhsuldar keçəcək. Peşəkar bacarıqları yüksək qiymətləndiriləcək, məsuliyyətli vəzifələr onlara həvalə ediləcək. Bu isə həm nüfuzlarını, həm də gəlirlərini artırmağa kömək edəcək.
Dolça
Dolça bürcü nümayəndələri yaradıcı ideyaları sayəsində fərqlənəcəklər. Yeni layihələrə qoşulmaq, rəhbərliyin etimadını qazanmaq və karyera pillələrində irəliləmək üçün əlverişli şərait yaranacaq.

