Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Baş səhifə

Bakı. Trend:

Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak
etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz
Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aslan Həsənov 11 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.




İttihama görə, Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlər
törətmək məqsədilə xarici ölkə ərazisində yaradılmış cinayətkar
birliyin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlı
fəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib, o
cümlədən bu birliyin rəhbərlərinin tapşırığı əsasında terrorçuluğu
maliyyələşdirmə cinayət əməllərini törədib.

Qeyd edək ki, təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin
214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 218.2 (cinayətkar
birlikdə iştirak etmə) maddəsi ilə ittiham edilib.