Bakı. Trend:
“Real” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi
planlaşdırır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, La Liqa nəhəginin əsas hədəfi
PSJ-də çıxış edən Joau Neveşdir.
“Kral klubu” portuqaliyalı futbolçu üçün parislilərlə
danışıqlara başlamağa hazırlaşır. “Real” 21 yaşlı yarımmüdafiəçi
üçün 150 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, PSJ Joau Neveşi 2024-cü ilin yayında “Benfika”dan
65 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu
mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi
matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

