Emre Belözoğlu yenidən Superliqaya qayıdıb

Baş səhifə

Bakı. Trend:

“Başakşehir” və “Fənərbaxça”nın sabiq baş məşqçisi Emre
Belözoğlunun yeni iş yeri müəyyənləşib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis “Kasımpaşa”nı
çalışdıracaq. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti
məlumat yayıb.

Lakin onunla imzalanan müqavilənin detalları hələlik
açıqlanmayıb. Belözoğlu bu vəzifədə Şota Arveladzeni əvəzləyib.




Qeyd edək ki, “Kasımpaşa” hazırda Superliqanın turnir cədvəlində
13 xalla 14-cüdür.

Xatırladaq ki, E.Belözoğlunun son klubu “Antalyaspor” olub. O,
oktyabrın 7-də istefa verib.