Azərbaycan Könüllülərin VIII Həmrəylik Forumu təşkil olunub.
“Report” xəbər verir ki, forum Gənclər və İdman Nazirliyinin eləcə də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilir.
Forumda nazirlik nümayəndələri, 3 mindən çox könüllü gənc və media nümayəndələri iştirak edir.
Tədbirin gedişatında “Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci il” hesabat video-çarxı nümayiş ediləcək. Sonra isə 2025-ci il üzrə İlin Könüllülərinin mükafatlandırılması baş tutacaq.
Qeyd edək ki, 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən 5 Dekabr
tarixinin Beynəlxalq Könüllülər Günü elan edilməsi ilə əlaqədar olaraq, artıq 7 ildir
ki, Azərbaycanda hər ilin dekabr ayında
“Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir. Bu il də dekabrın 4-17-də növbəti “Azərbaycan Könüllülük Həftəsi” və bu gün Azərbaycan Könüllülərin VIII Həmrəylik Formu təşkil olunub.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

