Azərbaycanda yeni topoqrafik xəritə hazırlanıb

Baş səhifə
Azərbaycanda yeni topoqrafik xəritə hazırlanıb

Vətən müharibəsindən sonra Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Dünya Geodeziya Qlobal Sistemi (WGS-84) əsasında yeni topoqrafik xəritə hazırlanıb.

“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.

Onun sözlərinə görə, xəritələrin hazırlanması bu il başa çatıb.