Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş Assambleyasını keçirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda deyib.
Nazir müavini əlavə edib ki, Azərbaycan AQEM-ə sədrlik dövründə əvvəlki uğurlu təcrübələrindən yararlanaraq liderliyini nümayiş etdirib.
O vurğulayıb ki, sədrliyin səyləri və üzv dövlətlərin dəstəyi ilə AQEM cəmi bir il ərzində özünün institusional inkişafı istiqamətində zəruri addımları atmağa və regionda etimadı artırmağa nail olub.
“Bu inkişafı göstərmək üçün üzv dövlətlərin yekdil dəstəyini qazanan AQEM Qadınlar Şurasının yaradılması üzrə tərəfdaşlıq təşəbbüsünü xüsusilə vurğulaya bilərik. Eyni zamanda, AQEM Maliyyə Sammitinin yaradılmasını da tamamladıq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

