ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb

Baş səhifə

Bakı. Trend:

Bu gün ABŞ-nin Mayami şəhərində ABŞ və Ukrayna nümayəndə
heyətləri arasında danışıqlar başlanıb.

Trend-in verdiyi
məlumata görə, görüşlərdə ərazi məsələləri və təhlükəsizlik
zəmanətləri ilə bağlı mövcud fikir ayrılıqlarının həll edilməsi
nəzərdə tutulur.




Ukrayna tərəfini görüşlərdə müdafiə naziri Rüstem Umerovun
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. ABŞ-ni isə xüsusi
nümayəndələr Stiv Uitkoff və Cared Kuşner, həmçinin dövlət katibi
Marko Rubio edirlər.