Bakı. Trend:
Çinin Honkonq xüsusi inzibati ərazisindəki yaşayış kompleksində
baş verən yanğında ölənlərin sayı 146 nəfərə yüksəlib.
Trend xəbər verir
ki, bu barədə məlumatı “South China Morning Post” agentliyi şəhərin
polis idarəsinə istinadən yayıb.
Qeyd olunub ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb,
lakin onların sayının daha da arta biləcəyi gözlənilir. Bundan
başqa, 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.
Xatırladaq ki, noyabrın 26-da günortadan sonra Honkonqun Tay Po
rayonundakı 8 binadan və təxminən 2 min mənzildən ibarət yaşayış
kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün
yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və
küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.

