Bakı. Trend:
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli
Türkiyədə saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında məlumat
yayıb.
Hacıbəyli bildirib ki, İstanbulda polis idarəsinə aparılıb və
böyük ehtimalla Azərbaycana deportasiya olunacağı gözlənilir.
“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin
qapısını döydülər. Polisdən gəliblər, məni həbsxanaya aparırlar.
Heç bir səbəb yoxdur. Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq
müddətim bitməyib, üstəlik iki illik oturma iznim var”, – deyə o
qeyd edib.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət
Heyətinin üzvü Məmməd İbrahim Ramiz Mehdiyevin işi ilə bağlı
dindirilir.

