Bakı. Trend:
“Qalatasaray” Argentina millisinin sabiq üzvü Paulo Dibalanı
heyətinə qatmağı planlaşdırır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Türkiyə çempionu argentinalı üçün
danışıqlara başlayıb.
“Qalatasaray” Dibalanın istədiyi maaşı verməyə hazırdır. 32
yaşlı futbolçunun “Roma” ilə müqavilə müddəti 2026-cı il iyunun
30-na qədərdir.
O, “İnstituto”(Argentina), “Palermo”, “Yuventus”(hər ikisi
İtaliya) klublarında oynadıqdan sonra 2022-ci ildə “Roma”ya
keçib.

