
Bakı. Trend:
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin
media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli
rəsmilərinin 7-ci toplantısının yekunlarına dair Kommünike qəbul
olunub.
Trend xəbər verir
ki, toplantıda TDT-nin Baş katibinin müavini Ömər Kocaman,
Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd
İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini
Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat
Mamıtkanov, Türkiyənin Kommunikasiya İdarəsinin sədr müavini Fərhad
Pirinçi, Özbəkistanın Prezident Administrasiyası yanında KİV üçün
Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov və Şimali
Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu
çıxış edib.
Xəbər yenilənəcək

