Bakı. Trend:
Estoniyada 2026-cı ildən etibarən müddətli həqiqi hərbi xidmətə
yalnız eston dilini bilən gənclər çağırılacaq.
Trend xəbər verir
ki, bu barədə məlumat “Ohtuleht” nəşrinə istinadən verilib.
Yeni qaydaya görə, çağırışçılar eston dilini B1 səviyyəsində
bilməlidirlər. Bu səviyyədə şəxs sadə komandaları başa düşür və
təlim almağa qadirdir. Orduda hesab edirlər ki, bu tələbin tətbiqi
dil baryeri səbəbindən çağırışçıların ən sadə əmrləri belə
anlamaması problemini aradan qaldıracaq.
Əgər çağırışçı eston dilini B1 səviyyəsində bilmirsə, o,
ehtiyata daxil edilməyəcək, lakin 27 yaşadək çağırışçı statusunda
qalacaq. Bu müddət ərzində zəruri dil bacarıqlarını əldə edərsə,
hərbi xidmətə çağırılacaq, əks halda 28 yaşına çatdıqda ehtiyata
keçiriləcək.

