Ulduzlararası kosmik obyekt sürətlə Yerə yaxınlaşır

Baş səhifə

Bakı. Trend:

Ulduzlararası kosmik obyekt – “3I/ATLAS” 23 noyabr səhəri Yerə
300 milyon kilometrlik məsafədən daha yaxınlaşıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilir ki, bu məsafəni hər gün 2 milyon kilometr azalmağa
davam edir.




“Mövcud bazar günü, Moskva vaxtı ilə təxminən 07:30-da
ulduzlararası “kometa-gəmi” Yerə olan 300 milyon kilometrlik
psixoloji baxımdan önəmli sərhədi keçdi və hazırda planetə olan
məsafəni sutkada təxminən 2 milyon kilometr azaltmaqda davam edir.
Obyektin Yerə yaxınlaşması əsasən elə Yerin özünün səyi hesabına
baş verir, çünki hazırda Yerin orbit üzrə hərəkəti demək olar ki,
dəqiq şəkildə 3I/ATLAS-ın göydə hərəkət etdiyi nöqtəyə tuş gəlir”,
– məlumatda qeyd olunub.

Alimlər dəqiqləşdiriblər ki, kometanın trayektoriyasını Günəşə
nisbətən nəzərdən keçirdikdə, onun artıq Günəş sistemindən çıxış
yolunda olduğu görünür, lakin buna baxmayaraq Yerə yaxınlaşmaqda
davam edir.