Trampın Ukrayna ilə bağlı sülh təklifi Aİ-nin planlarına ziddir

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi
sülh planı, Avropa İttifaqının Kiyevə dondurulmuş Rusiya aktivləri
hesabına kredit ayırmaq niyyətini təhlükə altına qoyub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Bildirilib ki, Trampın planında xüsusi bir maddə yer alır və
həmin maddə Rusiya aktivlərinin başqa məqsədlər üçün istifadə
olunmasını nəzərdə tutur. Bu isə Aİ-nin həmin vəsaitləri Ukraynaya
maliyyə dəstəyi kimi yönləndirmək imkanını sual altına alır.

Məsələnin həm Brüssel, həm də Vaşinqton arasında yeni
müzakirələrə səbəb olduğu bildirilir.