Bakı. Trend:
Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi
şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri
1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil
Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il
təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən
zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, faktına görə Binəqədi rayon prokurorluğunda
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək
mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq
istintaq aparılır.

