
Bakı.Trend:
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya
Respublikasının Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış
ikitərəfli əməkdaşlıq Planı”na əsasən, “Dağlıq ərazidə köməksiz
qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə” ekspert görüşü
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci
Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın
rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ)
paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak
ediblər.
Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə
mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə
edilib.

