
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 19-20
noyabrda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda
keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda (BBF) əsas tərəfdaş
olaraq iştirak edib.
Forum məkanında “AzInTelecom”un stendi qurulub, şirkətin maliyyə
sektoru üçün nəzərdə tutulmuş məhsul və xidmətləri barədə tədbir
iştirakçılarına ətraflı məlumat verilib. Bankların rəqəmsal
inkişafını dəstəkləyən və onlara unikal üstünlüklər qazandıran
innovativ həllər nümayiş etdirilib.
Tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri
Tamerlan Məşədihəsənli “Ənənəvidən rəqəmsala: SİMA vasitəsilə bank
xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərək
bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları
bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı
əldə ediblər.
Qeyd edək ki, “AzInTelecom”un təqdim etdiyi rəqəmsal həllərdən
artıq Azərbaycanda 16 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında
istifadə edir. Bura filiallara getmədən kredit müqavilələrinin
imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, əmanət
yerləşdirilməsi, hesab açılması və s. kimi əməliyyatların məsafədən
həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə
təşkilatları da avtorizasiya və imzalama proseslərini SİMA
məhsulları sayəsində rəqəmsallaşdırıblar.
“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılan SİMA yeni nəsil
rəqəmsal imza hüquqi baxımdan əl imzası ilə eyni qüvvəyə malikdir
və maliyyə sektorunda iş proseslərini xeyli yüngülləşdirir.
Vətəndaşlar isə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərə
ehtiyac olmadan yerinə yetirə bilirlər. SİMA rəqəmsal həllər
platforması barədə daha ətraflı məlumatı sima.az
saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək
mümkündür.

