Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat
daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park
edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın
yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi
yanıb.
Digər avtobuslar yanğından mühafizə olunub.

