Bakı. Trend:
Braziliya “Emirates” stadionunda keçirilən yoldaşlıq oyununda
Seneqali 2:0 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, Qabriel
Maqalyaes Braziliya yığmasının oyununda zədələnib. “Arsenal”ın
müdafiəçisi oyunu 64-cü dəqiqədə tərk edib.
Qeyd edək ki, Qabriel əzələ zədəsi səbəbindən oyunu başa vurmaq
məcburiyyətində qalıb. Onun hansı müddətə sıradan çıxdığı hələlik
məlum deyil.

