Bakı. Trend:
Türkiyənin “Fənərbaxça” klubu hücum xəttini yeni oyunçu ilə
gücləndirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul nəhənginin əsas hədəfi “AZ Alkmar”dan
çıxış edən Troy Perrottdur.
Niderland klubu irlandiyalı futbolçu üçün 25 milyon avro tələb
edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, “AZ Alkmar” Troy Perrottu 2024-cü ilin yayında “Tottenhem”dən transfer edib.

