Çində nəhəng qızıl yatağı aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Çinli geoloqlar ölkənin şimal-şərqində, Lyaonin əyalətində Çin
Xalq Respublikasındada ən iri aşağı əyyarlı qızıl yatağı aşkar
ediblər. Yataqda 1,44 min ton qiymətli metal ehtiyatı var.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Çinin Təbii Sərvətlər Nazirliyi
məlumat yayıb.




Nazirlik bildirib ki, Dadunqou yatağında qızılın konsentrasiyası
orta hesabla hər ton süxurda 0,56 qram təşkil edir.

Uzunluğu 3,1 min kilometrdən çox olan filiz kütləsi 115 metrdən
913 metrə qədər dərinlikdə yerləşir, onun orta qalınlığı 263 metrə,
maksimal qalınlığı isə 513 metrə çatır.