Azərbaycan İslandiyaya məğlub oldu –

Baş səhifə

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.

Metbuat.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.

***

22:06

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – İslandiya oyununda ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar 2:0 hesabı ilə öndədirlər.

Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.

***

21:47

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – İslandiya oyununda ilk hissə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.

Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.

***

21:40

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – İslandiya oyununda ikinci qol vurulub.

Metbuat.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar – 2:0.

39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.

***

21:22

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – İslandiya oyununda hesab açılıb.

Metbuat.az-ın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər.

20-ci dəqiqədə Albert Qyudmyundsson adını tabloya yazdırıb.

***

21:00

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan – İslandiya matçına start verilib.

Metbuat.az-ın məlumatına görə, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.

Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.