
Bakı. Trend:
ABŞ Nümayəndələr Palatası Respublikaçılar Partiyası tərəfindən
irəli sürülmüş 95 milyard dollarlıq büdcə təklifini qəbul edib.
Səsvermə zamanı 216 konqresmen layihənin lehinə, 214-ü isə
əleyhinə səs verib. Demokratlar Partiyasının bütün nümayəndələri
sənədin təsdiqlənməsinə qarşı çıxıblar.
Sözügedən layihə İran müharibəsini və Ağ Evin digər prioritet
istiqamətlərini maliyyələşdirmək məqsədilə həyata keçirilən
uzunmüddətli səylərin nəticəsində qəbul olunub.

