
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Hörmüz
boğazındakı gəmilərə hər hansı hücum edəcəyi təqdirdə, Vaşinqton
buna cavab olaraq ölkənin infrastruktur obyektlərinə zərbələr
endirəcək.
Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki
səhifəsində yazıb.
“Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər
hansı bir gəmiyə raket, mərmi, pilotsuz uçuş aparatı və ya
istənilən digər vasitə və ya silahla atəş açarsa, Birləşmiş Ştatlar
cavab olaraq bir körpünü və ya elektrik stansiyasını məhv edəcək.
Bu, Tehranın yaxınlığında və ya birbaşa paytaxtın daxilində
yerləşən obyektlərə də aiddir”, – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

