
“Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq”.
APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Parlament sədri onu da qeyd edib ki, İranın təhlükəsizliyi təmin edilməsə, bölgədəki heç bir infrastruktur təhlükəsiz olmayacaq.

