
Bakı.Trend:
2005-ci ildə Azərbaycanda cəmi bir açıq ürək əməliyyatı həyata
keçirilib.
Trend xəbər
verir ki, bunu bu gün “Qafqazda ilk ürək transplantasiyası:
Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər”
mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Ürək və Damar
Cərahhiyəsi Cəmiyyətinin sədri Ramil Əliyev çıxışı zamanı
deyib.
O bildirib ki, son iki ildir Azərbaycanda icbri tibbi sığortanın
tətbiqindən sonra bu rəqəm xeyli sayda artıb:
“Son iki ildə ölkədə 11000 açıq ürəyi əməliyyatı həyata
keçirilib”.

