
Bakı.Trend:
Qırğızıstan hökuməti ölkənin cənubunda kiçik neft emalı
zavodunun tikintisini təsdiqləyib. Məqsəd Rusiyadan yanacaq
idxalından asılılığı azaltmaq və ölkənin enerji təhlükəsizliyini
gücləndirməkdir.
Bu barədə Reuters məlumat yayıb.
Dəyəri 25 milyon ABŞ dolları olan layihə “Central Asian Energy
LLC” adlı Çin şirkəti tərəfindən maliyyələşdiriləcək. Tərəflər
artıq müvafiq saziş imzalayıblar.
Layihəyə əsasən, müəssisədə K5 və K6 ekoloji standartlarına
uyğun benzin və dizel yanacağı, həmçinin bitum və mühərrik yağları
istehsal olunacaq. Tikintinin birinci mərhələsinin 2026-cı ilin
payızında başa çatdırılması planlaşdırılır.
Agentliyin məlumatına görə, yeni zavodun illik neft emalı gücü
450 min ton olacaq. Müəssisə Cəlal-Abad vilayətinin Köçkor-Ata
şəhərində yerləşəcək.

