
Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında daha bir mükafat qazanıblar.
“Report” xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, daha əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülmüşdü.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


