
Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində
bərpa-quruculuq,yenidənqurmaişləri mərhələli şəkildə davam
etdirilməkdədir.
Trend-in
dövlət satınalamalarının vahid internet portalından əldə etdiyi
məlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunda bir sıra
fərdi yaşayış evlərinin təmiri işləri aparılacaq.
Belə ki,görüləcək işlər çərçivəsində rayonun Quzumkənd kəndində
fərdi yaşayış evlərinin (40 ev – 6732 m2) təmiri nəzərdə
tutulur.
Məlumata əsasən, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “Bəyaz İnşaat” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, kənddə qeyd edilən evlərin təmiri 2,3 milyon
manata başa gələcək.

