Taylandda turist avtobusu aşıb

Baş səhifə

Bakı. Trend:

Taylandın şimalındakı Lampanq əyalətində xarici turistləri
daşıyan avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət
alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Trend xəbər verir
ki, bu barədə “Matchon” qəzeti məlumat yayıb.

Hadisə noyabrın 8-i axşam saatlarında baş verib. Çianqmaydan
Banqkoka hərəkət edən avtobusda 38 sərnişin olub. Yaralılar dərhal
xəstəxanaya çatdırılıb, ikisinin vəziyyəti ağır
qiymətləndirilir.




Məlumata görə, avtobusda olan sərnişinlərin əksəriyyəti ərəb
ölkələrindən olan xarici vətəndaşlardır.

Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirmək üçün
araşdırma aparır.