9 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Baş səhifə

Gəncə şəhərində evdən 9 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evə qeyri-qanuni yolla daxil olaraq oradan 1300 manat nağd pul və ümumi dəyəri 8000 manat olan müxtəlif qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 27 yaşlı Y. Sadıqov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.