Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş səhifə

Bakı.Trend:

Bakının Nizami rayonunda yerləşən Musa Əliyev küçəsinin bir
hissəsində iyulun 22-dən etibarən təmir işlərinə başlanılacaq,
nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
məlumat yayıb.

Bildirilib ki, təmir işləri Qara Qarayev prospektindən 8-ci
kilometr bazarınadək olan hissəni əhatə edəcək.




Qeyd olunub ki, işlərin gedişindən asılı olaraq həmin ərazidə
nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam
məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, marşrutlarını
əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə
etmələri tövsiyə olunub.