Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə salınır

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın T”EPCO” şirkəti 2026-ci il yanvarın 20-də dünyanın
ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın birinci
enerji blokunu qismən yenidən işə salacaq.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti
Tomiaki Kobayakava məlumat verib.

Şirkət rəhbəri qeyd edib ki, Niigata prefekturasında keçirilən
assambleya zavodun yenidən fəaliyyətə başlamasına icazə verib.

Tomiaki Kobayakava bildirib:




“Fukuşima qəzasına görə məsuliyyət daşıyan bir şirkət kimi
keçmişdən dərs alaraq, bu dəfə təhlükəsizliyi əsas prioritet olaraq
qoruyacağıq və 14 ildən sonra yenidən işə başlamağa
qərarlıyıq”.

Qeyd edək ki, bu addım 2011-ci ildə baş verən və Fukuşima Daiiçi
reaktorunun partlaması ilə nəticələnən nüvə qəzasından sonra “TEPCO”nun ilk belə təşəbbüsüdür.

Tokiodan 220 kilometr şimal-qərbdə yerləşən Kaşivazaki-Kariva
stansiyası həmin qəza zamanı bağlanan 54 reaktordan biri idi.