
Bakı. Trend:
Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində
xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
partlayış nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs
(kişi) bu gün saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına
hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi
xidmətlər göstərilib”, – məlumatda bildirilib.
Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında
tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.
XXX
14:54
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində
sursat partlayışı hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili
İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
xidmətləri birgə məlumat yayıb.
1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan
Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən
sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma
aparılır.
Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara
toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə
fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

