
Bakı. Trend:
Qazaxıstanın Xəzər dənizi sahillərində 100 dən çox suitinin leşi
aşkarlanıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə respublikanın Manqistau
vilayətinin Ekologiya Departamenti bəyanat yayıb.
Məlumata görə, qurumun əməkdaşları Tupqaraqan rayonunda sahil
xəttinin monitorinqini aparan zaman ölmüş vəziyyətdə 112 suiti
aşkarlayıblar.
Mütəxəssislər baş verən hadisənin səbəbini müəyyənləşdirmək üçün
araşdırma aparacaq. Bunun üçün ərazi sularından nümunə
götürülüb.

