Azərbaycanın 2 cüdoçusu finalda, 3-ü isə bürünc medal görüşünə çıxacaq – İslamiada

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı
Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala
yüksəlib.

Trend xəbər
verir ki, Könül Əliyeva (48 kiloqram) yarımfinalda Qazaxıstanlı
Diana Burkeyevanı, Hidayət Heydərov (73 kiloqram) isə Tacikistanlı
Abubakr Şerovu məğlub edərək həlledici görüşə vəsiqə
qazanıblar.

1/4 finalda Hidayət Heydərov (73 kiloqram) Faye Aleks Njiyə,
Könül Əliyeva (48 kiloqram) isə tacik Ahliya Muminovaya qalib
gəlib.




Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və
Ruslan Paşayev (66 kiloqram) isə təsəlliverici görüşlərdə qələbə
qazanaraq, bürünc medal qarşılaşmalarında iştirak hüququ əldə
ediblər.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20
idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23
növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.