Tramp Rusiya, KXDR, ÇXR və digər ölkələri gizli nüvə sınaqlarında ittiham edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiyanı, eləcə də KXDR, ÇXR və
digər ölkələri nüvə silahının yeraltı sınaqlarını gizli şəkildə
keçirməkdə ittiham edib

Trend xəbər verir
ki, bu barədə Ağ Ev rəhbəri “CBS News” telekanalına müsahibəsində
danışıb.




“Amma onlar sizə bu haqda demirlər. Və bilirsiniz, nə qədər
qüdrətli olsalar da dünya böyükdür. Harada sınaq keçirdiklərini
bilməyə ehtiyac yoxdur. Onlar sınaqları yerin çox dərinliyində
keçirirlər, orada insanlar nə baş verdiyini bilmir. Siz yalnız
kiçik bir titrəyişi hiss edirsiniz”, – deyə o bildirib.