
Bakı. Trend:
“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının
pley-off mərhələsinə vəsiqə qazanıb.
Trend xəbər verir
ki, Naxçıvan təmsilçisi 7-ci qrupdakı son oyununda Niderland
çempionu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.
Bu qələbə sayəsində 7 xal toplayan “Araz-Naxçıvan” qrup lideri
olaraq növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi
komanda turnirdəki ilk matçında yarışın təşkilatçısı olan
Rumıniyanın “Yunayted Qalati” klubuna 2:1 hesabı ilə qalib gəlib,
ikinci görüşdə isə Lüksemburq təmsilçisi “Differdanje 03” ilə 2:2
hesablı heç-heçə edib.

