Ölkəyə 489 kq narkotik keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Ötən ay ərzində dövlət sərhədində 489 kiloqramdan çox narkotik, 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb

Bildirilib ki, ötən ay sərhəddə 489 kiloqram 871 qram narkоtik vasitə, 4689 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Eyni zamanda, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal, о cümlədən tüfəngə məxsus 6 ədəd patron, 9 ədəd tapança mərmisi, Rusiya valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.