Millinin baş məşqçisi: “Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur”

Baş səhifə
Millinin baş məşqçisi: Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur

Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur.

“Report” xəbər verir ki, bunu Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

O, yığmanın Çinin Uşi şəhərində keçirilən dünya çempionatındakı nəticələrini dəyərləndirib:

“Qaşım Maqomedovun nəticəsi Azərbaycan taekvondosu üçün böyük uğurdur. Dünya çempionatı iki ildə bir keçirilir. İstərdik ki digər idmançılarımız da nəticə qazansınlar. Qaşım reytinqdə güclü rəqibləri üstələyərək bürünc medal qazandı. Qaşım qızıl medal da qazana bilərdi. Sona 5 saniyə qalmış cüzi səhvinə görə uduzdu. Qaşını məğlub edən idmançı finala çıxdı. Bu bir idmandır, nəticəyə görə sevinməliyik. Dünya çempionatında bürünc medal qazanmaq idmançı üçün böyük uğurdur”.

Qeyd edək ki milli üzvlərindən Qaşım Maqomedov mundialda bürünc medal sahibi olub. Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunub.