“Yelo Bank”dan qadın sahibkarlara dəstək: yeni mikro kredit məhsulu

Baş səhifə

Bakı. Trend:

“Yelo Bank” qadın sahibkarların biznes fəaliyyətini dəstəkləmək
və onların maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün yeni
mikro kredit məhsulunu təqdim edir. Bu təşəbbüs qadınların iqtisadi
fəallığının artırılmasına, kiçik və orta sahibkarlığın inkişafına
və ölkə iqtisadiyyatında onların rolunun güclənməsinə xidmət
edir.

Yeni məhsul çərçivəsində qadın sahibkarlar bizneslərini
genişləndirmək, yeni layihələrə sərmayə qoymaq və gündəlik
fəaliyyətlərini maliyyələşdirmək üçün daha əlverişli şərtlərdən
yararlana biləcəklər:

  • Kredit məbləği: 500 – 100 000 AZN
  • Müddət: 3 – 48 ay
  • İllik faiz dərəcəsi: minimum 8%
  • Güzəşt müddəti: 12 ayadək

Bu gün Azərbaycanda artıq 338 mindən çox qadın sahibkar
fəaliyyət göstərir və onların sayı hər il artır. Təkcə son bir ildə
qadın sahibkarların sayı 21 mindən çox artıb – bu isə qadınların
biznesdə daha fəal rol oynadığını və yeni uğur hekayələri yazdığını
göstərir.




Qadınların sahibkarlıq fəaliyyətinə dəstək göstərmək yalnız
iqtisadi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır.
Çünki hər yeni qadın sahibkar – həm yeni ideya, həm də yeni inkişaf
fürsəti deməkdir. Yelo Bank da bu fürsətlərin reallaşması üçün
qadın sahibkarların yanınızdadır. Daha ətraflı: https://bit.ly/4LqL1N.

Bank xidmətləri, eləcə də mikro
kredit
haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!