Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti xəstəxanaya yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

İyulun 10-da Lefkoşada keçirilən tədbirdə halı pisləşən Şimali
Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman
xəstəxanaya yerləşdirilib.

Bu barədə ŞKTC Prezident Administrasiyası məlumat verib.




Dövlət başçısı təcili yardım maşını ilə Burhan Nalbantoğlu adına
Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılıb. Məlumatda
Tufan Ərhürmanın təzyiqinin aşağı düşməsi səbəbindən səhhətində
problem yarandığı qeyd olunur.

Siyasətçinin ümumi vəziyyətinin normal olduğu, əlavə
müayinələrin və müşahidələrin davam etdiyi bildirilir.